Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DRİ-nin nümayəndəsi Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Sisteminin yaradılması ilə bağlı fabrika testlərində iştirak edir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) nümayəndəsi Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Sisteminin yaradılması ilə bağlı istehsal mərkəzlərində keçiriləcək fabrika testlərində iştirak edir.

İdarədən verilən məlumata görə, 16-17 dekabr tarixlərində DRİ-nin baş mühəndisi İlham Əfəndiyev ABŞ-a ezam edilib. Ezamiyyətin məqsədi Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Sisteminin yaradılması ilə bağlı istehsal mərkəzlərində keçiriləcək fabrika testlərində iştirak etməkdir.

CAHANGİR




19/12/13    Çap et