Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-də bu ilin 10 ayı ərzində informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artıb
Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə xidmətlərinin həcmi 38 milyon 848 min 400 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 33 milyon 299 min 600 manat olmaqla bir il öncəki göstəricini 6,6 faiz üstələyib.
CAHANGİR
19/12/13 Çap et