Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya qlobal planşet bazarında üçüncü olub



“IDC” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin üçüncü rübündə Rusiya qlobal planşet və elektron kitab bazarında üçüncü yerdə qərarlaşıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ilk iki yerdə ABŞ və Çin dövlətləri yer alıb.

“IDC” analitiklərinin məlumatına görə, cari ilin üçüncü rübündə Rusiyada planşet və elektron kitabların tədarük həcmi ötən rüblə müqayisədə 25% artaraq 2,77 milyon olub.

Rusiyanın planşet və elektron kitab bazarında “Samsung” şirkətinin payı 19,1% olub. Onu “Apple” korporasiyası (12.5%) izləyir.

Emil Hüseynov
 
 
 




20/12/13    Çap et