Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zukerberq “Facebook”un səhmlərini 2.3 milyard dollara satacaq



“Bloomberg” informasiya agentliyi yazır ki, “Facebook”un yaradıcısı Mark Zukerberq sosial şəbəkənin 41,35 milyon səhmini 2.3 milyard dollara satacaq.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, şirkət ümumilikdə 70 milyon səhm satmaq niyyətindədir. Onun 27 milyonunu “Facebook”, 43 milyonu isə  səhmdarları təklif edəcək.

“Facebook”dan bildirilib ki, əldə olunan vəsait dövriyyə sərmayəsinə və başqa məqsədlərə xərclənəcək.
2013-cü ildə “Facebook” səhmlərinin qiyməti iki dəfədən çox artıb.

Emil Hüseynov




20/12/13    Çap et