Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“British Airways” uçuş və eniş zamanı elektronikadan istifadəyə icazə verib


ABŞ-dan sonra Böyük Britaniyanın “British Airways” aviaşirkəti də uçuş və eniş zamanı istehlak elektronikasından istifadəyə iczaə verib. Qeyd edək ki, avropanın yük təyyarələri daha öncə “Scandinavian Airlines System” (SAS) bu addımı atıb.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bir neçə həftə əvvəl Avropanın Aviasiya Təhlükəsizliyi agentliyinin qəbul etdiyi yeni təlimata əsasən, avropa vətəndaşları uçuş və eniş zamanı sərnişin təyyarələrində smartfon, planşet, elektron kitab və musiqi pleyerlərindən istifadəyə icazə verilib.

“British Airways” və “SAS” məhz bu təlimata əsaslanıb. Bununla belə, sərnişinlər uçuş zamanı bir neçə qaydaya riayət etməlidir. Məsələn, Wi-Fi modullu qurğular yalnız uçuş rejimində işlədilməlidir. Bundan başqa, zəng etmək və noutbuklar əvvəlki kimi qadağandır.

Emil Hüseynov




20/12/13    Çap et