Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər 40 milyon amerikalının kredit kartı haqqında məlumatları ələ keçirib


“The Wall Street Journal” nəşri yazır ki, hakerlər “Target” mağazalar şəbəkəsinin müştərisi olan təxminən 40 milyon amerikalının debet və kredit kartları haqqında məlumatlara müdaxilə ediblər.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, haker hücumu haqqında çərşənbə günü məlum olub, cümə axşamı isə “Target” bu informasiyanı təsdiqləyib. Şirkətdən hesab edirlər ki, məlumat sızması noyabrın 27-si və dekabrın 15-i müddətini əhatə edib. Kibercinayətkarlar alıcıların adı, kart nömrələrinə və CVV identifikasiya kodlarına giriş əldə ediblər.

"Biz bu hadisəyə çox ciddi yanaşırıq və günahkarların məsuliyyətə cəlb edilməsi üçün hüquq-mühafizə orqanları ilə birgə işləyirik" – “Target” şirkətinin direktoru Qreqq Steynhafel deyib.

Emil Hüseynov
 




20/12/13    Çap et