Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” yaradıcısı xeyriyyəçiliyə milyard dollar ayırıb


Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”un yaradıcısı Mark Zukerberq 18 milyon səhmin satışından əldə edəcəyi məbləği xeyriyyəçiliyə ayırmaq niyyətində olduğunu bəyan edib.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Mark Zukerberq sosial şəbəkənin 42 milyondan çox səhmini hərracda yerləşdirməyə hazırlaşır. Nəticədə internet korporasiyasında gənc iş adamının payı 59-dan 56%-dək azalacaq.

Xatırladaq ki, “Facebook” 2012-ci ilin yazında səhmlərini qiymətli kağızlar bazarına çıxarıb. O zaman şirkətin bir səhminin qiyməti 40 dollardan az olub. Hazırda sosial şəbəkənin kapitallaşdırma dəyəri 135 milyard dollar təşkil edir.

Emil Hüseynov




20/12/13    Çap et