Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya-kommunikasiya texnologiyaları sənayedə” mövzusunda seminar keçirilib


"Azərikimya" İstehsalat Birliyində "İnformasiya-kommunikasiya texnologiyaları sənayedə" mövzusuna həsr olunan seminar keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin, Qafqaz və Sumqayıt Dövlət universitetlərinin, həmçinin Birliyin müvafiq şöbələrinin nümayəndələrinin iştirakı ilə baş tutan treninqdə adıçəkilən idarənin BRP Sistemləri Departamentinin rəis müavini Sevda Cavadovanın dünyanın 120 ölkəsindən 127 min şirkətin qoşulduğu SAP sistemi və onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur bölmələrində tətbiqi mövzusunda məruzəsi dinlənilib.
 
 
"Azərikimya" İB-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin rəisi Qiyas Məmmədov Etilen-polietilen zavodunun 1989-cu ildən bəri istismar olunan "Polimir-120" qurğusunda son dövrdə aparılmış modernləşmə işləri haqqında iştirakçılara geniş məlumat verib.
 
Seminarda, həmçinin, Qafqaz Universitetinin İKT üzrə Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyyam Məsiyevin 2009-cu ildə yaradılmış mərkəzin əsas fəaliyyət istiqamətləri, həmçinin həyata keçirilən və perspektiv layihələrlə bağlı məruzəsi dinlənilmiş, mərkəzin üzvləri tərəfindən quraşdırılmış müxtəlif məqsədli robotlar nümayiş olunub.
 
Sonda məruzəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
 
SEYMUR
 




20/12/13    Çap et