“Samsung” və “LG” şirkətləri dünyanın ilk bükük “4K” televizorlarını təqdim edib
Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri eyni vaxtda dünyanın ilk “Ultra HD” təsvir ölçüsünü dəstəkləyən 105 düymlü (2.66700 metr) bükük formaya malik “OLED” (üzvi işıq diodlu texnologiya) televizorları təqdim edib.
Hər iki televizor tərəflər nisbəti 21:9 təşkil edən panel və 5120 x 2160 piksel (cəmi 11 milyon piksel) təsvir ölçüsünə malikdir.
“LG”-nin mətbuat xidmətindən verilən məlumata görə, ekranın tərəflər nisbətinin 21:9 olması filmləri seyr etməkdən həzz almaq üçün idealdır. Şirkət nümayəndələrinin sözlərinə görə, bu formatın daha bir üstünlüyü yan tərəfdən təsvirin qarşısını almayacaq əlavə informasiyanın daxil edilməsi imkanının olmasındadır.
Qeyd olunur ki, dünyanın ilk 105 düymlü bükük “UHD” televizoru (105UB9 modeli) təqdim edilməmişdən əvvəl panel istehsalı ilə məşğul olan “LG Display” bölməsi panelin möhkəmliyi, panel üzrə eyni işıqlandırma və rəngin ötürülməsinin təmini kimi bir sıra texnoloji çətinlikləri aradan qaldırmalı olub.
“OLED” panel işığı müstəqil şəkildə şüalandırdığına görə əlavə işıqlandırmaya ehtiyac qalmır.
Hər iki Cənubi Koreya istehsalçısı dünyanın ilk “Ultra HD” təsvir ölçüsünü dəstəkləyən 105 düymlü bükük formaya malik “OLED” televizorları 2014-cü ilin yanvarında LaVeqasda keçiriləcək “CES 2014” sərgisində nümayiş etdirəcək.
“Samsung” mədaxilin məbləğinə görə, dünyanın nəhəng televizor istehsalçısıdır, “LG” bu göstərici üzrə ikinci yeri tutur, - “CNews
www.cnews.ru” yazır.