Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda xaricdən “IMEI” kodların yoxlanılması xidməti hazırlanır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil cihazların “IMEI” kodlarının yoxlanılması üzrə yeni xidmət üzərində işləyir.

Hazırda mobil cihazların “IMEI” kodları barəsində məlumatı internet vasitəsilə və ya 1677 qısa nömrəyə SMS göndərməklə əldə etmək olar.

Bu xidmət vasitəsilə abunəçi təkcə istifadə etdiyi mobil cihazın “IMEI” kodunu deyil, digər mobil cihazların “IMEI” kodunu da xaricdə olduğu halda belə öyrənə biləcək.

Xaricdə mobil telefon alarkən onun  qəbul olunmuş beynəlxalq standartlar çərçivəsində istehsal edilib-edilmədiyini öyrənmək və ya həmin cihazın “IMEI” kodunun qeydiyyatdan keçdiyini, oğurluq olmadığını bilmək istədikdə abunəçilər rouminq xidmətlərindən istifadə edərək SMS göndərməklə aldıqları mobil telefon haqda ətraflı məlumat ala biləcəklər.

Aynur Vəliyeva
 
 




20/12/13    Çap et