Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony Xperia Z1” qabaqcıl smartfonunun mini-versiyası satışa çıxarılıb
“Sony” şirkəti Yaponiyada “Xperia Z1” qabaqcıl smartfonunun mini-versiyasının satışlarına başlayıb. Mini-versiya “Sony Xperia Z1 f” adlandırılıb.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, mini-versiya tam versiyadan fərqli olaraq, 4.3 düymlük HD ekran və 2300 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qiyməti 768 dollardır. Bunun səbəbi onunla bağlıdır ki, istehsalçı “Sony Xperia Z1 f” smartfonunda qabaqcıl smartfonun içliyini saxlamağa nail olub.
Emil Hüseynov
20/12/13 Çap et