Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan bazarına “Apple Mac Pro” kompüterləri ancaq sifarişlə təqdim edilir
“Apple” şirkətinin Azərbaycanda rəsmi distribüteri “Mac.az” şirkəti yerli bazara “Apple Mac Pro” kompüterlərini ancaq sifarişlə təqdim etmək qərarına gəlib.
Şirkətin baş direktoru Ramin Musayevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Apple” şirkətinin bu modelinin çox baha olduğu üçün və daha çox peşəkar istifadə üçün nəzərdə tutulduğu üçün yerli bazara onun kütləvi satışının təşkili rentabel olmaya bilər.
“Lakin biz geniş texniki spesifikasiyalara malik olan bu modeli sifariş ilə bir ay ərzində təqdim edə bilərik, çünki o, müştərinin tələbatlarına uyğun şəkildə konfiqurasiya edilir və eksklüziv qaydada yığılır. Standart model sifariş edildiyi halda biz “Apple Mac Pro”nu 2 həftə ərzində yerli müştərilərimizə təqdim edə bilərik. Eyni zamanda biz hazırda evdə istifadə üçün nəzərdə tutulmuş “iMac” modellərini təqdim edirik, hansı ki, adi istifadəçilər üçün daha uyğundur”,- deyə o bildirib.
Aynur Vəliyeva
20/12/13 Çap et