Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran “VChat” mobil messencerini bloklayıb
İran kütləvi informasiya vasitələri (KİV) yazırlar ki, hakimiyyət populyar "VChat" mobil sosial xidmətini bloklamaq göstərişi verib. İran milli telekommunikasiya tənzimləyici orqanı bunu təsdiqləyib.
Xatırladaq ki, İran hakimiyyəti öz vətəndaşlarının "Twitter" və "Facebook" kimi populyar xidmətlərə çıxış imkanını bloklayıb. Onların müxalifətin koordinasiya nöqtəsinə çevrilməsi və 2009-cu ildə seçkilərin saxtalaşdırılmasından sonra vətəndaşların küçə etirazlarına yardımçı olması buna səbəb olub.
Lakin əksər istifadəçilər proksi-server və VPN-şəbəkələrdən istifadə edərək "Twitter" və "Facebook" şəbəkələrinə daxil olur.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "VChat" xidməti Çin şirkəti "Tencent" tərəfindən hazırlanıb. O, eyni LAN şəbəkəsinə qoşulmuş istifadəçilərlə fayl mübadiləsinə və ünsiyyət saxlamağa icazə verir.
Emil Hüseynov
21/12/13 Çap et