“Canalys”: “2013-cü ilin ikinci rübündə daşınan qurğuların tədarükü 500 faiz artıb”
"Canalys" analitik şirkətinin qiymətləndirməsinə görə, daşınan "ağıllı" elektronikanın cari ilin ikinci rübünün yekunları üzrə dünya tədarük həcmi birinci rübdə tədarük edilən 200 min qurğuya nisbətdə 500 faiz artacaq. Analitiklər bildirirlər ki, marketinq və reklam sayəsində bazarın lideri iki aya 800 min "Galaxy Gear" saat modelini tədarük edən "Samsung" şirkəti olub. Bununla yanaşı, "iOS 7" sistemi ilə inteqrasiyanı təmin edən "Pebble" saatları da yüksək templə inkişaf edir.
"Ağıllı" daşınan elektronika bazarı çox dinamikdir. Bu sektor 12 aydan sonra tamam başqa cür olacaq. Daşınan qurğunun uğuru mobil istifadəçilər üçün getdikcə yeni rəqəmli mərkəzə çevrilən smartfonla əlaqənin qurulmasından asılıdır", - şirkət analitiki Deniel Mett bildirib.
Bu növ kateqoriyalı qurğulara marağın artmasına baxmayaraq bazarda hələ də məhdud sayda məhsul var. "Canalys"ın proqnozuna görə, "ağıllı" daşınan qurğular 2014-cü ildə kütləvi şəkildə yayılmağa başlayacaq.
Smartfonlar üçün mövcud prosessorlar uzunmüddətli avtonom işi təmin edə bilmədiyinə görə daşınan elektronika üçün əlverişli deyil. Buna görə əvvəlcədən daşınan qurğular və müxtəlif sensorlarla sıx əlaqədə iş üçün nəzərdə tutulan çiplərə ehtiyac var. Şirkət nümayəndələrinin fikrincə, digər mühüm tendensiya smartfonlarda mövcud olmayan yeni növ sensorların (məsələn, nəbz tezliyinin monitorinqi üçün) inteqrasiyası olacaq.
2014-cü ildə bazarda təşəkkülə imkan verəcək yeni texnologiyalar yaradılacaq. "Canalys" nümayəndələrinin sözlərinə görə, söhbət birkristallı sistemlərin təkmilləşdirilməsindən deyil, həm də xüsusi enerjiyə qənaət edən ekran, mobil əməliyyat sistemlərinin optimallaşdırılması, yeni materiallardan istifadə və dizayna daha çox diqqətin yetirilməsindən gedir. Analitiklər qeyd edirlər ki, əksər yeni texnologiyalar yanvarda "CES 2014" sərgisində nümayiş olunacaq, - "3DNews
www.3dnews.ru" yazır.