Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il regional kanallar “Azerspace-1” üzərindən yayımlanacaq


"Azərkosmos" gələn il "Azerspace-1" milli peyki üzərindən yayımlanan yerli və xarici kanalların sayını artırmaq niyyətindədir.

"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda bir sıra xarici şirkətlərlə milli peykin resurslarının icarəyə verilməsi ilə bağlı danışıqlar aparılır. "Bu danışıqlar mütəmadi olaraq aparılır və əldə edilən razılıqların nəticələrini biz ictimaiyyətə açıqlayırıq. Gələn il ümid edirik ki, artıq regional kanalların da milli peyk üzərindən yayımlanması başlanacaq", - deyə "Azərkosmos"da bildiriblər.

Bu günədək regional kanalların milli peyk üzərindən yayımlanmasının səbəbi regional kanalların peyk sahəsində texniki imkanlarının məhdud olmasıdır. "Regional kanalların siqnalları peykə ötürmək üçün teleportları olmalıdır və yaxud bu siqnalı Bakı yerləşən stansiyaya ötürərək ordan peykə ötürməlidirlər. Hazırda regional kanallarda peyk avadanlıqları mövcud deyil və proses bu səbəbdən bir qədər yubanır",- deyə "Azərkosmos"da qeyd ediblər.

Aynur Vəliyeva




21/12/13    Çap et