Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Emanat” ödəniş terminallarının əhatə dairəsi genişlənir
Azərbaycan elektron ödəniş xidmətləri bazarında "MilliÖn" terminallarının rəqibi ola biləcək "Emanat" sistemi Bakıda və regionlarda əhatə dairəsini genişləndirir.
"Modenis" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq şirkətin terminalları Xırdalan, Gəncə, Biləsuvar, Saatlı, Şəmkir, Göygöl, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Tovuz, Yevlax, Qazax, Ağstafa, Hacıqabul, Kürdəmir, Ucarda quraşdırılıb. Bununla yanaşı, şirkət Bakı və Abşeron yarımadasında da əhatə dairəsini genişləndirmək məqsədi ilə böyük marketlərdə və insanların toplaşdığı yerlərdə terminallarını quraşdırır.
"İlin sonuna kimi biz bu terminalların sayını 963-ə qədər artırmaq niyyətindəyik, onlardan 711-i Bakıda quraşdırılacaq", - deyə şirkətdə bildiriblər.
Aynur Vəliyeva
23/12/13 Çap et