Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası yeni qərarlar qəbul edib



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı üzrə  Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda müşahidə şurasının üzvləri dörd məsələ ətrafında  müzakirələr aparıblar.

İclasın gündəliyinə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərinin yerləşdirilməsində iştirak edəcək yeni müvəkkil kredit təşkilatları və bankların təklifləri, müvəkkil təşkilatlarla fond arasında bağlanılan nümunəvi müqavilələrə edilən dəyişikliklər, qrant müsabiqələrində iştirak edən layihələrin seçim meyarları və bundan öncə artıq qəbul edilmiş sənədlərdə    texniki dəyişikliklərin edilməsi məsələləri müzakirə edilib.

Sonda banklarla və ya müvəkkil kredit təşkilatları ilə fond arasında başlanılacaq nümunəvi müqavilənin formasında, qrant müsabiqələrinin keçirilməsi  qaydalarına  texniki dəyişikliklər tətbiq edilməsi və gündəlikdə duran digər məsələlərlə bağlı  yekdilliklə müsbət qərar qəbul edilib.

Aynur Vəliyeva




23/12/13    Çap et