Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İTİDF-nin Müşahidə Şurası qrant layihələrinin seçilməsi meyarlarını təsdiq edib



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası qrant layihələrinin seçilməsi meyarlarını təsdiq edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Müşahidə Şurasının müəyyən etdiyi Meyarlar layihələrin qiymətləndirilməsi, maliyyələșdirilməsi ilə bağlı məqsədyönlü qərarların qəbul edilməsində səmərəliliyi təmin edir. Layihələrin qiymətləndirilməsi on iki meyar üzrə aparılır. Hər bir meyar üzrə layihəyə 1 və ya 0 qiymət verilə bilər. Səkkiz və ya daha artıq balla qiymətləndirilmiş layihələr ekspertizadan keçmiş hesab olunurlar.

Qeyd edək ki, layihələrin əsas kompleks ekspertizasını fondun tərkibində fəaliyyət göstərən mütəxəssislər həyata keçirəcəklər, lakin seçim prosesinə müstəqil ekspertlərin də cəlb edilməsi nəzərdə tutulub.

Aynur Vəliyeva
 




23/12/13    Çap et