Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“VTB Bank” İnformasiya Texnologiyalarının İnkişafı və Dövlət Fondunun vəsaitlərini yerləşdirməsində iştirak edəcək
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası “VTB Bank”ı fondun vəsaitlərini yerləşdirəcək müvəkkil kredit təşkilatlarının siyahısına daxil etdi.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, fondun rəhbəri Elçin Zeynalov bildirib ki, “VTB-Bank” vəsaitlərin yerləşdirilməsi üçün vacib məsələlərdən biri olan geniş filial şəbəkəsinə malikdir.
“VTB Bank”ın namizədliyi müzakirə edilirdi, lakin bank təkliflərin təqdim edilməsində bir az gecikdiyinə görə onun namizədliyinə bir az gec baxılıb. Bank İT sahəsi üzrə fəaliyyətini genişləndirmək niyyətindədir, İT şirkətlərlə və mütəxəssislərlə artıq danışıqlar aparılır və effektiv, özünü ödəyə biləcək layihələr seçməyə qadirdir və İKT sahəsini inkişaf etdirməkdə maraqlıdır”,- deyə o bildirib.
Beləliklə, fondun vəsaitlərinin yerləşdirilməsi ilə “Dəmir Bank”, “Bank Respublika”, “Rabitəbank”, “Paşa Bank” ilə yanaşı, “VTB Bank” da məşğul olacaq.
Gələcəkdə fond müvəkkil bankların sayını artırmaq niyyətindədir, lakin onların sayının 10-dan çox olmasının tərəfdarı deyil.
Aynur Vəliyeva
23/12/13 Çap et