Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il ölkəmizdə fiber-optik şəbəkənin qurulmasına 100 milyon manat xərclənəcək


Dövlət Neft Fondu 2014-cü ildə ölkənin bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksəksürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi istiqamətində 100 milyon manat xərcləyəcək.
 
Bu barədə “ICTnews.az”a adıçəkilən fondun mətbuat xidmətindən məlumat verilib.
 
Fonddan qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2013-cü il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2014-cü il üçün büdcəsi təsdiq edilib. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2014-cü ildə Fondun gəlirlərinin 11 626 943,4 min manat, xərclərinin isə 11 349 934,8 min manat təşkil etməsi nəzərdə tutulur:
 
“Fondun xərclər bölməsində göstərilir ki, 2014-cü il ərzində Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksəksürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi istiqamətində 100 milyon manat ayrılacaq. Qeyd edək ki, fondun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş proseduralara uyğun olaraq həyata keçirilib”.
 
Seymur Qasımbəyli 




23/12/13    Çap et