Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya FTX İT cinayətlərinin təhqiqatını aparacaq


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinə (FTX) informasiya təhlükəsizliyi təhdidlərinin qarşısını almaq üçün əməliyyat-axtarış tədbirlərinin aparılması üzrə səlahiyyətin verilməsini nəzərdə tutan qanunu imzalayıb.

Hazırda FTX əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Rusiyanın dövlət, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyi üçün təhdid yaradan hadisə və hərəkətlər haqqında informasiya toplamaq hüququna malikdir. Qəbul olunmuş qanun bu siyahıya informasiya təhlükəsizliyini də əlavə edir.

Qanunda qeyd olunur ki, son vaxtlar dövlətlərarası informasiya qarşıdurmasının aktivləşməsi nəzərə çarpır, informasiya silahı kimi istifadə edilən zərərli proqram təminatının yayılması halları qeydə alınır, haker fəaliyyəti genişlənir, həmçinin informasiya-kommunikasiya texnologiyalarından terror aktlarının həyata keçirilməsi üçün istifadəsi istisna edilmir, - “RİA Novosti www.ria” yazır.  




24/12/13    Çap et