Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bill Qeyts sidiklə işləyən adapterə qrant ayırıb
Bill və Melinda Qeyts Xeyriyyəçilik fondu üçüncü dünya ölkələrində sanitar şəraitin yaxşılaşdırılması üzərində işləməyə davam edir. Əsas diqqət ayaqyolu konstruksiyasına aid innovasiyalara ayrılıb.
Bundan başqa, təşkilat insanın həyat fəaliyyəti məhsullarından istifadə üçün səmərəli üsullar hazırlayan alimləri dəstəkləməyə hazırdır.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, bu yaxınlarda Böyük Britaniyanın Bristol Universitetinin alimləri smartfon və başqa elektron cihazların enerji ilə doldurulması üçün insan sidiyindən istifadə üsulunu aşkar ediblər.
Sözügedən həll Bill Qeytsi çox maraqlandırıb. Bill və Melinda Qeyts Xeyriyyəçilik fondu onlara sidiklə işləyən adapterin təkmilləşdirilməsi və tədqiqat aparılması üçün qrant ayırıb.
Emil Hüseynov
24/12/13 Çap et