Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8.2” məhsulunda Azərbaycan dilində yeni İT terminologiyasının tətbiq edilməsi nəzərdə tutulub



“Microsoft-Azerbaijan” şirkəti  “Windows 8.2” məhsulunda Azərbaycan dilində yeni İT terminologiyasının tətbiq edilməsi nəzərdə tutulub.

“ICTnews” xəbər xidmətinin  məlumatına əsasən, şirkətin rəhbəri Rüfət Hacıəlibəyov bildirib ki, hazırda “Microsoft”un bütün məhsulları artıq Azərbaycan dilində lokallaşdırılıb.

“Bu sahədə iş gələcəkdə də davam edəcək. Biz “Windows 8.1” versiyasında, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişinə əsasən Azərbaycan dilində klaviatura quruluşunu tətbiq etmişik və istifadəçilər istədikləri halda ənənəvi və ya Azərbaycan düzülüşündə klaviaturanı seçə bilərlər”, - deyə o bildirib.

R. Hacıəlibəyovun sözlərinə əsasən, eyni zamanda İT terminologiyanın Azərbaycan dilinə tərcüməsi üzərində nazirliklə və Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu  ilə işlər aparılıb ki, terminlər mümkün qədər əsl mənaya yaxın tərcümə edilsin.

“Biz Azərbaycan dilinə tərcümə edilmiş  İT terminləri “Windows 8.1” tətbiq etməyi çatdırmadıq, lakin yaxın zamanda işıq üzü görəcək “Windows 8.2” artıq yenilənmiş terminlər istifadə ediləcək”,- deyə R. Hacıəlibəyov qeyd edib.

Aynur Vəliyeva
 




24/12/13    Çap et