Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Videooyun kolleksiyasına görə “Ginnesin rekordlar kitabı”na düşüb



"Associated Press" agentliyi yazır ki, 11 min videooyun kolleksiyası toplamış ABŞ sakini Maykl Tomasson "Ginnessin rekordlar kitabı"na düşüb.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki,  amerikalı 12 yaşından etibarən videooyun kolleksiyası toplamağa başlayıb və "Cosmic Avenger" ilk oyunu olub. Hazırda 31 yaşlı Tomasson dünyanın ən böyük videooyun kolleksiyasına malikdir.
 
Tomasson oyun sistemləri toplayır.
 
Amerikalı öz kolleksiyasını iki dəfə satışa çıxarıb: "Sega Genesis"i satın almaq üçün 1989-cu ildə, daha sonra öz toy pulunu həll etmək üçün 1998-ci ildə. Tomassonun hazırkı kolleksiyası 700-800 min dollar məbləğində qiymətləndirilir.
 
Buffalo şəhərində yaşayan rekordçu "Canisius College"də 2D multiplikasiya, oyunların dizaynı və  videooyunların tarixindən dərs deyir.
Əvvəlki rekord Riçard Leççeyə (8,6 min videooyun) məxsus olub.

Emil Hüseynov
 




25/12/13    Çap et