Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
25 dollarlıq kompyuter üçün sistem lövhə istehsalına başlanılıb (VIDEO)
“Raspberry Pi” layihəsinin iştirakçıları “Linux” nüvəsi ilə olan əməliyyat sistemi əsasında ucuz kompyuterlər üçün sistem lövhələrin istehsalına başlayıb.
Məmulat “ARM” arxitekturası ilə olan prosessor, 128 və ya 256 MB əməli yaddaş, şəbəkə “Ethernet” kontrolleri, “SD” formatı fləş kartları üçün slot, həmçinin 1 və ya 2 “USB” portu ilə təchiz olunacaq.
“Raspberry Pi” imkanları, iddia edilir ki, adi məsələlərin icrası, həmçinin videolara baxmaq üçün kifayətdir. Layihənin inkişaf edən ölkələrin təhsil müəssisələrində maraq oyadacağı güman edilir.
“Raspberry Pi”-nin kütləvi istehsalının başlanğıc müddəti haqqında hələ bildirilmir.