Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İTİDF-nin ilk qrant müsabiqəsi yanvar ayında keçiriləcək



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilk qrant müsabiqəsini gələn ilin yanvar ayında keçirmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, fondun rəhbəri Elçin Zeynalov bildirib ki, yanvar ayında dövlət büdcəsindən fonda tələb olunan vəsaitlər veriləcək.

“Dövlət büdcəsindən vəsait ayrılan kimi biz artıq ilk qrant müsabiqəsini elan etməyə hazırıq”,- deyə o bildirib.

Qeyd edək ki, qısa müddət ərzində İT İnkişafı  Dövlət Fondunun Müşahidə Şurası qısa müddət ərzində təşkilat fəaliyyətini təmin edəcək bütün sənədləri hazırlayıb və təsdiq edib. Qrant müsabiqəsinə təqdim ediləcək layihələrin qiymətləndirilməsi on iki meyar üzrə aparılacaq. Hər bir meyar üzrə layihəyə 1 və ya 0 qiymət verilə bilər. Səkkiz və ya daha artıq balla qiymətləndirilmiş layihələr ekspertizadan keçmiş hesab olunurlar.

Layihələrin əsas kompleks ekspertizasını Fondun tərkibində fəaliyyət göstərən mütəxəssislər həyata keçirəcəklər, lakin seçim prosesinə müstəqil ekspertlərin də cəlb edilməsi nəzərdə tutulub.

Aynur Vəliyeva
 
 




25/12/13    Çap et