Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il “4G” şəbəkəsinin əhatə dairəsi genişləndiriləcək


Azərbaycanın ilk “4G” operatoru “Azercell Telekom” şirkəti gələn il “4G” şəbəkəsini genişləndirmək niyyətindədir.

“Azercell Telekom” şirkətinin kütləvi informasiya vasitələri ilə əlaqə üzrə mütəxəssisi Nigar Şıxlı  bildirib ki, bu il ərzində şirkət “4G” şəbəkəsini Bakı və Abşeron yarımadasında genişləndirib.

“Bu il ərzində biz Bakı və Abşeronu “4G” şəbəkəsi ilə əhatə etmişik, gələn il isə bu xidmətləri ölkənin regionlarında tətbiq etmək niyyətindəyik. İl ərzində biz 1200 radio baza stansiyası quraşdırmışıq və onlardan 260-dan çoxu “4G” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. Bu texnologiya yüksəksürətli mobil internet xidmətlərindən istifadə etməyə imkan verir. Hazırda ümumi internet istifadəçilərinin 34%-i mobil internetdən istifadə edirlər”,- deyə o bildirib.

Aynur Vəliyeva




25/12/13    Çap et