Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komissiyasının göstərdiyi elektron xidmətlərin təqdimatı olacaq



Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan Əməkdaşlıq Şəbəkəsinin toplantısı keçiriləcək.

DQMK-dan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tədbir komissiya ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə edilməsi məqsədilə təşkil olunur.

Toplantıda həmçinin komissiya tərəfindən həyata keçirilən elektron xidmətlərin təqdimatı olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulub.

CAHANGİR
 
 




25/12/13    Çap et