Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il ABŞ-da mobil internetdən istifadə iki dəfə artıb



Başa çatan il ərzində ABŞ-ın mobil rabitə sənayesində iki böyük dəyişiklik baş verib: şəbəkələrin işi daha da sürətlənib və ekranların ölçüləri artıb. Bunun nəticəsində isə mobil internetdən istifadənin intensivliyi təxminən iki dəfə artıb.

Mobil rabitə operatorlarının məsləhətçisi Çetan Şarmanın hesabatına əsasən, başa çatan ildə ABŞ istifadəçiləri mobil rabitə operatorlarının şəbəkələri vasitəsilə orta hesabla ayda 1,2 qiqabayt həcmində məlumatdan istifadə etdikləri halda 2012-ci ildə bu göstərici 690 Mbayt təşkil edib. Bu zaman orta ümumdünya göstəricisi 240 Mbayt, bir il əvvəl 140 Mbayt olub.

Analitiklər məlumatlardan istifadənin artmasını “3G” ilə müqayisədə buraxılış qabiliyyətini on dəfə genişləndirən dördüncü nəsil şəbəkəsinin (LTE) əhatə dairəsinin getdikcə genişlənməsi ilə izah edirlər. Artım həmçinin smartfon ekranlarının diaqonalının böyüdülməsi ilə əlaqədardır ki, bu da internet xidmətlərindən rahat istifadəyə imkan verir. 

“ABI Research” analitik şirkətinin məlumatına görə, ilin sonunadək istifadədə olan smartfonların sayı 1,4 milyard ədədə çatacaq. Şəbəkə avadanlığı istehsalçısı “Cisco” şirkəti 2016-cı ilədək mobil qurğuların internet trafikinin həcminin masaüstü kompüterlərin və simli bağlantılardan istifadə edən digər qurğuların internet trafikini ötəcəyini proqnozlaşdırır, - "3DNews www.3dnews.ru” yazır.  




25/12/13    Çap et