Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlərdən istifadə uşaqların sağlamlığına zərərlidir
“Associated Press” yazır ki, planşetlərdən istifadə uşaqların sağlamlığına zərərlidir.
Alimlər qeyd edirlər ki, uşaqların planşetlərdən istifadəsi onların davranışda problem yaradır və sosial inkişafdan geri salır. Bu, 8 yaşdan yuxarı uşaqlarda özünü daha çox büruzə verir.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, eyni zamanda alimlər planşetlərdən istifadə ilə bağlı müsbət amilləri də inkar etmirlər: onlar beynin müxtəlif sahələrini inkişaf etdirməyə kömək edir və uşaqları sakitləşdirir.
Bununla belə tədqiqatçılar deyir ki, valideynlər uşaqlarının planşetlərdən istifadə vaxtına ciddi nəzarət etməlidirlər.
Emil Hüseynov
25/12/13 Çap et