Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək 3D printerlərin tədarük həcmi 10 dəfə artacaq


“IDC” şirkətinin analitikləri yaxın illərdə 3D printerlərin tədarük həcminin xeyli artacağını proqnazlaşdırır. Bu qurğular tezliklə adi məişət məhsullarına çevriləcək.
 
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki,  “IDC”nin proqnozuna əsasən, 2017-ci ilədək 3D printerlərin tədarük həcmi 10 dəfə artacaq. Məlumatlara əsasən, 2014-cü ildə sözügedən bazarda “HP” şirkəti liderə çevriləcək. Həmçinin “Konica Minolta” yüksək sinif qurğularının paylanmasına başlamaq niyyətindədir. “Makerbot”, “Afinia” və “Lulzbot” orta səviyyəli həllər təklif edəcəklər.
 
Qeyd edək ki, 2014-cü ildə lazer bitişmə texnologiyası üçün patent müddəti başa çatır. Nəticədə, bir çox kiçik şirkətlər bu texnologiyadan öz həllərində istifadə edə biləcək ki, bu da daha mükəmməl və ucuz ev 3D printerlərinin yaradılmasına yeni imkanlar yaradacaq.

Emil Hüseynov




25/12/13    Çap et