“3M” şirkəti gümüşdən sensor ekranlar hazırlayıb
ABŞ-ın “3M” şirkəti “Cambrios Technologies” korporasiyası ilə birlikdə gümüş nanonaqillər əsasında sensor ekran-plyonkaların istehsalı texnologiyasını hazırlayıb.
Bu barədə “3M”-in məlumatında deyilir.
Nanonaqillərdən ibarət elektrik ötürən qat yüksək elastikliyi ilə seçilir ki, bu da onlar əsasında sensor ekrana ehtiyac duyan qurğular üçün elastik displeylər yaratmağa imkan verəcək. Material, həmçinin ekranın yüksək kontrastlığına nail olmağa şərait yaradan 89 faiz səviyyəsində şəffaflığı ilə seçilir.
Bir sıra KİV-lər qeyd edir ki, bu material hazırda displeylərdə istifadə olunan indium və qalayla müqayisədə daha əlverişlidir. “3M”-in məlumatına görə, hazırda sensor displey istehsalçıları bu texnologiya əsasında müxtəlif qurğular, o cümlədən smartfon və kompüter monitorları üçün bir neçə konstruksiyaları patentləşdirib.
2014-cü ildə istehsal həcminin ayda 600 min kvadratmetr sensor ekran həddinə çatdırılması planlaşdırılır. Bu göstəricidə gümüş nanonaqillər əsasında yeni displeylər də yer alacaq, - "Digit
www.digit.ru” yazır.