Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi 100 Gb/s-ə yaxınlaşıb
Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı müşahidə olunur.
“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son iki ay ərzində 11,4% artaraq 98 GB/S təşkil edib. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir.
Ölkənin çıxış trafikinin maksimal həcmi son aylarla müqayisədə 25% artaraq artıq 25 GB/s təşkil edir.
Hazırda isə ölkəyə daxil olan internet trafikin orta həcmi 15 GB/s, çıxış trafikin orta həcmi isə 75 GB/s təşkil edir.
Aynur Vəliyeva
26/12/13 Çap et