Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi təsdiqlənib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi təsdiq olunub. Bu barədə qərar dekabrın 25-də AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şura bu il noyabrın 6-da yaradılıb və Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərir.
Əsasnaməyə əsasən, qurum innovasiya sahəsində yerli və beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək, innovativ layihələrin elmi ekspertizasının keçirilməsini təşkil etmək, elmi-texniki nailiyyətlərin tətbiqində iştirakçı olmaq və digər vəzifələr daşıyır.
Həqiqət İSABALAYEVA
26/12/13 Çap et