Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn Yeni il bazarlığı edənlərin sayı azalıb


“ComScore” analitik şirkətinin hesabatına əsasən, ABŞ-da fərdi kompüter (FK) istifadəçiləri Yeni il qabağı şoppinq mövsümü zamanı onlayn alış-verişə 2012-ci illə müqayisədə 10% daha çox xərcləyiblər. Analitik şirkət qeyd edir ki, bu göstərici gözləntilərdən çox aşağıdır.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin hesablamasına əsasən, amerikalı alıcılar noyabrın 1-dən dekabrın 22-dək onlayn satınalmalara 42,8 milyard dollar xərcləyiblər. Bu göstərici ötən il 38.9 milyard dollar olub. Analitiklərin əvvəlki proqnozuna əsasən, satışların artım tempi ən azı 14% təşkil edəcək. “ComScore”-nin mətbuat katibi Endrü Lipsman deyib ki, onlar alış-veriş mövsümünün zəif başlanğıcını, dekabrın ortalarında sürətlənməsi, 15-22 dekabrda pik nöqtəyə çatmasını gözləyirdilər, lakin bu olmadı.
 
Gözlənildiyi kimi, dekabrın 2-si aktiv onlayn alış-veriş günü olub. Lakin dekabrın 3-ü və 9-u, həmçinin yaxşı satış göstəriciləri (1.4 milyard dollar) qeydə alınıb.
Oyun konsolları və aksesuarlar ən çox satılan kateqoriya olub ki, bu da “Microsoft Xbox One” və “Sony Playstation 4”-ün çıxarılması ilə izah olunur. Həmçinin istehlak elektronikasına böyük tələbat olub.
Emil Hüseynov




27/12/13    Çap et