Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məşhur ulduzlar yeni ildə “VKontakte” sosial şəbəkəsi üçün sürpriz edəcək
Rusiyanın ən böyük sosial şəbəkəsi olan "VKontakte"dən Madonna, Linkin Park, Metallica, Beyonce, "Splin", DDT, Zemfira, "Zveri" və başqa ifaçıların 6 mindən çox musiqisi silinə bilər.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Sony”, “EMI və Warner” daxil olmaqla böyük musiqi şirkətləri sosial şəbəkəyə qarşı iddia hazırlayıblar və Yeni il bayramından sonra onu irəli sürməyi planlaşdırırlar. Milli Musiqi Sənayesi Federasiyasının direktoru Leonid Aqronov belə deyib.
“VKontakte”nin mətbuat xidmətindən məsələ ilə bağlı heç bir şərh verilməyib.
Xatırladaq ki, bu ilin iyununda bir sıra şirkətlərin iddia irəli sürməsindən sonra sosial şəbəkə administrasiyası 7 min musiqi silib.
Emil Hüseynov
27/12/13 Çap et