Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan internet xidmətləri bazarında özəl provayderlərin payı artır


Azərbaycan internet xidmətləri bazarında özəl provayderlərin payının artmasına baxmayaraq, dövlət provayderləri liderliyi qoruyub saxlayır.

"Delta Telecom" şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında "Bakinternet"in payı 1% azalaraq 20,8 %  təşkil edib, lakin buna baxmayaraq dövlət provayderi liderliyini saxlamaqda davam edir.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan "Bakinternet", "Aztelekom", "Uninet" və "Azeronline" şirkətləri kəskin rəqabətə ötən ay da davam ediblər.

Son bir ay ərzində "Aztelekom"un bazar payı 3,3% azalaraq 13,21% təşkil edib, "Uninet"in payı 2%-dək artaraq 14,27% təşkil edib, "Azeronline"nın payı 1% artaraq 10,9%, "Dataplus" şirkətinin bazar payı 6,3%, "Connect" şirkətinin bazar payı cüzi azalaraq 5,8% təşkil edib.

Onların ardınca 4% bazar payı ilə "Azqtel",  3% –"Adanet",  2,9% - "Azstarnet", 3,4% –"Ultel", 2,9% - "Castel", 2,3% - Smart, 2% - "Avirtel", 1,4% -   "Azeurotel" qərarlaşıb.
 Digər provayderlər bazarda çox kiçik 0,01–1,21% ətrafında paya malikdirlər.

Qeyd edək ki, ötən ilin sonundan etibarən "Orbit.az", "Q-telecom", "Meqatelecom", "Globalnet", "Eurotelecom" kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 




27/12/13    Çap et