Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə birlik və müəssisələri bayram günlərində əhalini keyfiyyətli rabitə xidmətləri ilə təmin edəcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  və Yeni il Bayramı günlərində əhalinin rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar vermişdir. 
 
Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcəkdir. 

Göstərilənlərlə yanaşı, bayram ərəfəsində və bayram günlərində abunəçilərin ev telefonlarının daimi işini təmin etmək məqsədilə, telefonların rabitə xidmətləri borclarına və digər səbəblərə görə şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. 

Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək.                                   
 




27/12/13    Çap et