Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Samsung”a imkan vermir


“Bloomberg” xəbər agentliyi yazır ki, “Apple” şirkəti yenidən “Samsung”un köhnə smartfon və planşet modellərinin ABŞ-da satışına  qadağa qoyulmasını tələb edib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu mobil qurğu versiyaları Kaliforniyada “Apple” və “Samsung” şirkətləri arasında ilk patent mübahisəsinə səbəb olub.

“iPhone” istehsalçısı ümumilikdə 20 modelinin, həmçinin “Galaxy S 4G” və “Galaxy Tab 10.1”-in satışına qadağa qoyulmasını təkid edir. 2012-ci ildə məhkəmənin qərarına əsasən, “Samsung”un bu məhsulu “Apple”ın patent hüquqlarını pozur.

Emil Hüseynov
 
 




27/12/13    Çap et