Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hindistan ucuz smartfon istehsalına başlayıb
Hindistanın ucuz “Xolo” mobil qurğu istehsalçısı yüksəksürətli “TDD-LTE” şəbəkələrində işləyə bilən ilk smartfonun satışlarına başlayıb. “Xolo LT900” qurğusunun qiyməti ucuzdur, lakin güclü funksionallığa malikdir.
“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, yenilik “Android 4.2 Jelly Bean” əməliyyat sistemi və 1.5 QHs takt tezlikli “Qualcomm MSM8960 Snapdragon S4” prosessoru ilə işləyir. 4,3 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir. Ekran “One Glass Solution” (OGS) texnologiyası üzrə hazırlanıb və “Gorilla Glass” qoruyucu şüşəsi tətbiq edilib.
Bundan başqa, qurğu 8 meqapiksellik kamera, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla (32 QB-dək çıxarıla bilən microSD kartlarından istifadə mümkündür), 1810 milliamper/saat tutumlu batareya və “Wi-Fi 820.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modulları ilə təchiz edilib.
Sözügedən smartfonda SİM kartlar üçün bir slot var. Aparatın ölçüləri 66x128,7x9,8 mm təşkil edir. Danışıq rejimində avtonom iş vaxtı 15 saat, gözləmə rejimində 362 saata bərabərdir.
Emil Hüseynov
27/12/13 Çap et