Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telekommunikasiya məlumatları böyük ölkələrin daxilində görünməyən sərhədləri göstərib


Böyük Britaniya, İtaliya və Belçika sakinləri xəyalən öz ölkələrini Cənub və Şərq hissələrinə bölməklə müvafiq sosial-coğrafi əhali qrupları arasında müəyyən əngəllər yaradır. Massaçusets Texnoloji İnstitutunun mütəxəssisləri telekommunikasiya məlumatlarını emal etməklə bir sıra ölkələrdə görünməyən sərhədlərin mövcudluğunu sübut ediblər.

Məsələn, Britaniyada trafikin yalnız 9,5 faizi Londonun şimal hissəsinin təxminən 150 km-dən uzanan xətdən, İtaliyada ötürülən məlumatların 7,8 faizi Emiliya-Romanya regionunun şimal sərhədləri yaxınlığından keçir.  

Tədqiqatçıların fikrincə, belə görünməyən sərhədlərin aşkar olunması müasir dövlətlərin daxilində sosial-iqtisadi fəaliyyət haqqında anlayışa malik olmağa kömək edir ki, bu da hökumət qurumları və kommersiya müəssisələri üçün faydalı ola bilər.

İnternet provayderlərinin anonim məlumatlarının emalı üsulu ilə aparılan tədqiqat yuxarıda qeyd olunan ölkələrlə yanaşı, Fransa, Portuqaliya, Kot Divuar və Səudiyyə Ərəbistanını əhatə edir. Bəzi nəticələr mövcud siyasi və linqvistik əngəllərin gücünü təsdiq edir. Məsələn, Belçikada trafikin yalnız 3,5 faizi müvafiq olaraq fələməng və fransız dillərinin danışıldığı Flandriya və Valloniya regionları arasından keçir. Beləliklə, müasir dünyada çoxlu rəqəmli rabitə kanallarının mövcudluğuna baxmayaraq insanlar hələ də təcrid olunmuş cəmiyyətlərdə yaşayır, - “Computerworld www.osp.ru” yazır.    




27/12/13    Çap et