Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əmək müqavilələri elektron formada imzalanacaq


İişəgötürənlə işçilər  arasında imzalanan əmək müqavilələri elektron formada  olacaq.

 Bu qərar ötən gün  Milli Məclisdə qəbul edilən  “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” müvafiq dəyişikliklərin edilməsinə dair Qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəlləyə edilən dəyişikliklər vergi nəzarətinin gücləndirilməsi, işçi saylarının düzgün rəsmiləşdirilməsi, əmək haqlarının nəzarətdə saxlaması kimi məsələlərin həllinə yönəlib.

Onun sözlərinə görə, dəyişikliklərdən sonra olacaq əsas yenilik əmək müqavilələrinin elektron qaydada aparılması ilə bağlıdır:

“Dəyişikliklərin əsas mahiyyəti isə əmək müqavilələrinin elektron qaydada aparılmasına yönəlib. Bu həm 2013-cü ilin “İKT il”inin elan olunması ilə görülən işlərin məntiqi nəticəsidir. İşləyənlərin hüquqlarının müdafiəsinə yönəlib. İşəgötürənlər də bunu icra etməyə borclu olacaqlar”.




28/12/13    Çap et