Bir neçə İT şirkətinin bazar payını itirəcəyi gözlənilir
Bəzi ekspertlərin fikrincə, “LG”, “HTC” və “Huawei”, eləcə də digər şirkətlər növbəti ildə mobil qurğular bazarında payın xeyli azalması ilə üzləşəcək. Bu, qabaqcıl smartfon modellərinə stabil, lakin aşağı tələbatın nəticəsində baş verəcək. “HTC One” modeli şöhrət qazanmasına baxmayaraq satış həcmi proqnozlaşdırılandan aşağı olub.
“LG G2” modelinin satış həcmində də eyni vəziyyət müşayiət olunur. Koreya şirkəti 2013-cü ildə 10 milyon bu qurğudan satmaq niyyətində olsa da, yekun rəqəm yalnız 2 milyon təşkil edib. Analitiklər bunu “G2” alıcılarını öz tərəfinə çəkən “Nexus 5” modelinin tələsik buraxılışı ilə izah edirlər.
Ekspertlərin məlumatına görə, “Huawei” şirkətində vəziyyət “LG” ilə müqayisədə bir qədər yaxşıdır. Belə ki, Çin istehsalçısı üç milyon “Ascend P6” modeli sataraq digər bütün uğursuzluqları bazarın zəif olması ilə əlaqələndirib, - "Onliner
www.onliner.by” yazır.