Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya şirkətləri Silikon vadisinin vençur biznesinin inkişafına 300 milyard dollar yatırıb


Yaponiyanın ondan artıq nəhəng şirkəti, o cümlədən “Sony Corporation” korporasiyası və  “Nissan Motor Co.” avtomobil konserni Silikon vadisinin vençur şirkətlərinin dəstəklənməsi üçün səyləri birləşdirib. Yaponiyanın aparıcı işgüzar qəzeti “Nikkei”in bu gün verdiyi məlumata görə, bu məqsədlə Yaponiya şirkətlərinin artıq 300 milyard dollar yönəltdiyi xüsusi fond yaradılıb.  

“WiL” investisiya şirkəti tərəfindən yaradılan fondun iştirakçıları arasında Yaponiyanın aparıcı aviasiya operatorlarından biri “ANA Holdings”, ölkənin nəhəng “NTT Group” telekommunikasiya şirkəti, eləcə də hökumət tərəfindən fəal dəstəklənən "Innovation Network Corp” korporasiyası yer alıb.

Vəsaitlərdən Silikon vadisinin informasiya texnologiyaları, xüsusilə mobil qurğular, smartfon və onların əlavələri ilə bağlı vençur biznesinin inkişafı üçün istifadə olunacaq. Son nəticədə hər il konkret 6-8 şirkətə 50 milyon dollaradək vəsaitin investisiyası planlaşdırılır. Qeyd edək ki, yatırılan 300 milyard dollar ötən maliyyə ilində Yaponiya tərəfindən vençur şirkətlərə qoyulan ümumi investisiyaların təxminən 30 faizini təşkil edir, - “İTAR-TASS www.itar-tass.com” yazır.   
 
 




28/12/13    Çap et