Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft-Azerbaijan” şirkəti yerli İT və bank sahəsini lisenziyalı proqram təminatının tətbiqi üzrə məsuliyyətli olmağa çağırır
“Microsoft” şirkəti Azərbaycanın bank sektorunun informasiya təhlükəsizliyinin təminatı sahəsində daha aktiv olmasına ehtiyac olduğunu qeyd edib.
“Microsoft-Azerbaijan” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının tələblərinə əsasən banklar müştərilərinin informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə ilk növbədə lisenziyalı proqram təminatından istifadə etməlidirlər.
“Lisenziyalı proqram təminatının istifadəsi nasazlıqları aradan qaldırmağa, ödəniş sistemlərini nəzarətdə saxlamağa, kiberhücumlardan qorunmağa imkan verir, çünki əks halda lisenziyasız proqram təminatlarında kibercinayətkarların bankların daxili sistemlərinə sanksiyalaşdırılmamış çıxış əldə edə biləcəkləri boşluqlar var. Hazırda ölkədə bütün banklar bu tələblərə uyğun fəaliyyət göstərmirlər.
Hazırda Beynəlxalq Bank, “Əmrahbank”, “AFB Bank”, “Nikoyl Bank ” və digər banklar lisenziyalı proqram təminatları ilə təchiz ediliblər və iş axını ilə əlavə aldıqları proqram təminatlarını lisenziyalaşdırırlar. Bank və telekom sahəsində lisenziyalı proqram təminatının tətbiqi sahəsində daha böyük aktivlik görmək istərdik, çünki bunlar məhz elə strukturlardır ki, İT onların biznesində əsas rol oynayır və İT proseslər əsasında xidmətlər göstərirlər”,- deyə o bildirib.
Aynur Vəliyeva
28/12/13 Çap et