Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” və “Google” şirkətləri virtual şəxsi köməkçinin yaradılmasına milyonlarla dollar xərcləyirlər


Səsli idarəetmə texnologiyaları elektronika bazarı üçün perspektivli istiqamətdir, lakin hələ ki onlara tələbat aşağıdır.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, belə ki “Intelligent Voice” sorğusuna əsasən, “iOS 7” platforması ilə işləyən mobil qurğu istifadəçilərinin yalnız 15%-i “Siri” səs köməkçisindən istifadə edirlər.

“The Telegraph” nəşri yazır ki, “Apple” korporasiyası bu layihəyə yüz milyonlarla dollar məbləğində sərmayə yatırır. “Google” isə oxşar  investisiyanı “Google Now” xidmətinə yatırır. Beləliklə, virtual köməkçilər “Android” və “iOS” əməliyyat sistemləri arasında əsas mübarizə istiqamətlərindən biri ola bilərlər.

“Google”dan bildirilib ki, onlar insanın internet və proqramlarla “ünsiyyət”ində yeni imkanlar yaradacaq mükəmməl şəxsi köməkçi hazırlamağı planlaşdırırlar. Artıq hazırda axtarış sisteminə səslə suallar vermək və kifayət qədər məntiqli cavablar almaq olar.

Emil Hüseynov




28/12/13    Çap et