Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalılar kütləvi şəkildə Milada bağışlanan “iPad”lərdən canlarını qurtarırlar


Miladdan bir gün sonra Britaniyanın "eBay" saytında 1000 ədəd yeni "Apple" planşeti satışa çıxarılıb.
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, "eBay" növbəti günlərdə 100 min tələbatsız hədiyyəni saytda satışdan çıxaracaq. Bu kontekstdə kompüter və planşetlərin sayı 25%, uşaq oyuncaqlarının sayı isə artıq 8% artıb.

"eBay" müşahidələrinə əsasən, bu il ən çox qaytarılan mal "iPad Air"  planşeti olub.
 
Bu arada bağışlanmış "Android" planşetlərindən daha az istifadəçi imtina edib - Miladdan sonra saytda 200-ə yaxın qurğu təqdim edilib.

Analitiklər bu müşahidələrinə təəccüblənirlər. Çünki "iPad" planşeti bayramlarda ən arzuolunan hədiyyə hesab olunur. Ehtimal edilir ki, "Apple" planşeti ilə müqayisədə "Android"i satmaq sərf etmir.

Aynur Vəliyeva




28/12/13    Çap et