Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qubada gənclərə kompüter bilikləri aşılanır



Azərbaycanın Quba rayonunda yaşayan gənclərə kompüter biliklərinin aşılanması istiqamətində tədbir keçirilib. Bununla əlaqədar olaraq reallaşdırılan "Kompüter savadsızlığına yox" adlı layihənin növbəti mərhələsində  iştirakçılara bir sıra gərəkli məlumatlar verilib. 
 
Nurlu Sabah Uşaq Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Quba Dövlət Sosial İqtisadi Kollecinin dəstəyi ilə baş tutan tədbirdə kollecin direktor müavini Səməndər Abbasov təhsil sahəsində baş verən yeniliklərdən söhbət açıb. O bildirib ki, müasir dövrün tələbi olan kompüteri hər bir təhsilli şəxs mütləq şəkildə öyrənməlidir.
 
Daha sonra təşkilatın sədri Ramin Xudayev çıxış edib, sertifikat alacaq gənclərə təbriklərini çatdırıb və təşkilatın artıq 4 ildir ki, kolleclə yaxından əməkdaşlıq etdiyini, yüzlərlə gəncə kompüter biliyi verildiyini vurğulayıb.
Sonda 25 gəncə sertifikatlar təqdim olunub.
 
 
SEYMUR
 
 
 




29/12/13    Çap et