Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çinlilər saxta “Apple Store” mağazalarının adını dəyişdirib
Çin şəhəri Kunmində saxta “Apple Store” ilə bağlı mübahisəli məsələnin ənənəvi Çin üsulu ilə həll edilməsinə səy göstərilir. “M.İ.C. Gadget” saytının dərc etdiyi şəkillərdən aydın görünür ki, 22 saxta salondan bəziləri “Apple” şirkəti tərəfindən mümkün iddialardan uzaq olmaq üçün adlarını dəyişdirməyə qərar veriblər.
Belə ki, indi vitrinlərdə “Apple Store” loqosu əvəzinə “Smart Store” lövhələri əks olunur. Mağazalardan bəziləri hələ də dişlənmiş alma şəklində olan loqotipi çıxartmayıblar. Bundan başqa, daha bir salon adını “iParty” kimi dəyişdirib.
15/08/11 Çap et