Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nintendo Network” milad trafikinə dayana bilmədi



Yaponiyanın “Nintendo” şirkəti Qlobal Avropa-Amerika  istirahət günü problemi ilə üzləşib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına əsasən, şirkətin oyun şəbəkəsi artıq ikinci gündür ki, problemlər yaşayır, bu gün isə bir çox qeymerlər üçün əlçatmaz olub. Çünki milad tətillərində istirahət edən avropalılar və amerikalılar ilə qenerasiya edilən qeymer trafikinin həcmlərinin kəskin artımı ilə bacara bilmir.

Son günlər bir çox qeymerlər şəbəkədə “Nintendo Network ID” vasitəsilə avtorizasiya edə bilməyiblər, eyni zamanda “Nintendo Wii U” və “Nintendo 3DS” üçün oyun qurğuları üçün  “Nintendo eShop”dan kontent yükləmək mümkün olmayıb.

Şirkət satışların azalmasını müşahidə edir və 2014-cü ilin 31 mart tarixinədək 7 milyon “Wii U” qurğusunun satılacağı ilə bağlı proqnozlar özünü doğrultmur, yəqin ki, 5 milyon qurğunun satılması daha real görünür, halbuki “Nintendo” təqdim etmədən öncə şirkət 10 milyonadək “Wii U” sata biləcəyini bildirib.


Aynur Vəliyeva




29/12/13    Çap et